Güləşçilərimiz İtaliyada reytinq turnirində mübarizə aparacaqlar - HEYƏT


Sabah İtaliyanın paytaxtı Romada ilin üçüncü reytinq turniri start götürəcək.


AFN.az-ın xəbərinə görə, yarışda sərbəst və yunan-Roma güləşçilərimiz mübarizə aparacaqlar.

Güclü heyətlə Romada olan idmançılarımız Matteo Pellikonenin adını daşıyan turnirdə əsas favoritlərdən sayılır. Sərbəst güləşçilərimiz yalnız ən ağır çəkidə – 125 kq-da, yunan-Roma güləşi üzrə millimiz isə 55, 77 və 82 kq çəki dərəcələrində mübarizə aparmayacaq. Bu yerdə bu il 82 kq-da üçüncü dəfə Avropa çempionu olan Rafiq Hüseynovun yoxluğu diqqət çəkir. Əldə etdiyimiz məlumata görə, onun zədəsi var.

Sərbəst güləş: Əliabbas Rzazadə, Əfqan Xaşalov (hər ikisi 57 kq), İslam Bazarqanov, Tural Əbdülhüseynov (hər ikisi 61 kq), Hacı Əliyev, Əli Rəhimzadə (65 kq), Coşqun Əzimov, Murad Yevloyev (hər ikisi 70 kq), Cəbrayıl Hacıyev, Turan Bayramov, Hacımurad Hacıyev (hər üçü 74 kq), Əşrəf Aşırov, Hacımurad Ömərov (hər ikisi 79 kq), Orxan Abbasov, Əbubəkr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq)

Yunan-Roma güləşi: Murad Məmmədov, Eldəniz Əzizli, Nihat Məmmədli (hər üçü 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev, Murad Lokyayev (hər ikisi 97 kq), Sabah Şəriəti, Beka Kandelaki (hər ikisi 130 kq)

Qeyd edək ki, 25 iyunda yekun vurulacaq reytinq turnirindən öncə yunan-Roma güləşində Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) öz çəki dərəcələrində reytinqə başçılıq edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu