Bakıda qadın və azyaşlının küçədə gecələməsi barədə görüntülər araşdırılır
Bakıda qadın və azyaşlının küçədə gecələməsi barədə sosial şəbəkədə yayılan görüntülər araşdırılır.
AFN-in məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev apa-ya bildirib ki, sosial şəbəkədə yayılan görüntülərdən məlumatlıdırlar:
“Həmin şəxs müəyyən olunub. Onun barəsində qanuna müvafiq tədbirin görülməsi təmin olunacaq”.
Qeyd edək ki, görüntülərin Xətai rayonunda, metronun “Həzi Aslanov” stansiyası yaxınlığında çəkildiyi bildirilir. Videogörüntülərdə qadın və azyaşlının açıq sahədə, zibillikdə yaşadığı müşahidə olunur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da APA-ya bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.