BMT-nin Baş katibi Türkiyəyə başsağlığı verdi
Birləşmiş Millətlər Təşkilatı Bartın şəhərindəki hadisə ilə bağlı Türkiyəyə başsağlığı verib.
AFN.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, sözçüsü Stefan Dujarrik vasitəsilə verdiyi açıqlamada, Bartının Amasra rayonundakı mədəndə baş verən partlayış nəticəsində ölənlərin itkisindən “dərin kədərləndiyini” bildirib.
Qəzada həyatını itirənlərin ailələrinə və Türkiyə hökumətinə başsağlığı verən Quterreş yaralıların tezliklə sağalmasını arzulayıb.