Quterreş Navalnının ölümünün araşdırılmasını tələb edib
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş rusiyalı dissident Aleksey Navalnının Rusiyada həbsxanada ölümü ilə bağlı etibarlı və şəffaf araşdırma aparmağa çağırıb.
BMT-nin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında Quterreşin bəyanatını çatdırıb.
Quterreş Navalnının ölüm xəbərindən sarsıldığını bildirib və ailəsinə başsağlığı verib.
Baş katib rusiyalı dissident Navalnının həbsxanada ölümü ilə bağlı etibarlı və şəffaf təhqiqatın aparılmasına çağırıb.