Zəngilan Hava Limanına beynəlxalq status verilib
Zəngilan Hava Limanına beynəlxalq status verilib.
AFN xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.