ABŞ Çin, Ermənistan və Belarus şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Amerika Birləşmiş Ştatları Çin, Belarus və Ermənistan şirkətlərini Rusiyaya qarşı ixrac nəzarəti tədbirlərini pozmaqda ittiham edərək onlara qarşı sanksiyalar tətbiq edib.
“Report”un məlumatına görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında məlumat yerləşdirilib.
Məlumata görə, sanksiya siyahısına 57 hüquqi şəxs daxil edilib.