Üçtərəfli görüşdə nələr müzakirə ediləcək?


Üçtərəfli görüşün keçirilməsində məqsəd ABŞ-ın son günlərdə regionla bağlı marağlarının artmasıdır.


Bunu AFN.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O qeyd edib ki, ABŞ maksimum dərəcədə Ermənistanda özünə sadiq adamlardan istifadə edir: "Bu, həm də ondan ötrü ola bilər ki, İran və Rusiyanın mövqeyində qismən maraq dəyişikliyi baş verib. Eyni zamanda son günlərdə sərhəddə baş verənlər ABŞ üçün bir fürsət oldu. Onun üçün yeni qapılar açdı. Onun yenidən təşəbbüs göstərməsinin bünövrəsi qoyuldu. ABŞ ölmüş Minsk qrupunu əvəz etmək niyyətindədir. Əlbəttə, bunu fərdi dövlət siyasəti kimi yaratmaq istəyir. Entoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyan arasında olacaq görüşdə sərhəddəki instidentlər, iki ölkə arasında münasibətlərin normallaşması, Cənubi Qafqazın bundan sonrakı vəziyyəti, ABŞ-ın bundan sonra regionla bağlı siyasəti müzakirə edilə bilər. Həmçinin bu görüşdən sonra ABŞ-Rusiya siyasi toqquşması gözlənilən olacaq".

FƏRAHİM



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu