Cenevrə görüşündə hansı məsələlər müzakirə edildi?


Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında baş tutan ikitərəfli görüşü Nyu-Yorkda keçirilmiş üçtərəfli görüşün davamı kimi qiymətləndirmək olar. Nyu-York üçtərəfli görüşündə ABŞ Dövlət katibi Entoni Blinken açıqlamaşdı ki, biz Azərbaycan-Ermənistan sülh danışıqlarını dəstəkləyirik. İstəyirik ki, üçüncü tərəf olmadan bu məsələlər həll edilsin. Cenevrə danışıqları çox müsbət və lazımlıdır. Üçüncü tərəf olmadan hər şey açıq və aydın danışılıb. İkitərəfli danışıqlar gələcəkdə sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq.

Bu sözləri AFN.az-a açıqlamasında politoloq Elşad Həsənov bildirib. O, danışıqlarda müzakirə edilən mövzülardad danışıb: “Bildiyimiz kimi, bizim üçün əsas müzakirə ediləcək mövzu sərhədlərin delmitasiya və demarkasiyasıdır. Eyni zamanda sülh mətninin hazırlanması, hər iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması müzakirə edilməli olan mövzulardır. Həmçinin irəli sürdüyümüz 5 baza prinsipi ətrafında danışıqlar aparılır. “Dağlıq Qarabağ” ifadəsi danışıqlar leksikonundan çıxarılıb. Biz bunu dəfələrlə açıq şəkildə bildirmişik. Status məsələsi də həmçinin...
Yanlız Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təminatı və onların hüquqlarının qorunması məsələsi danışıqlarda yer alır. Buna da dövlətimiz tam təminat verir”.
Politoloq danışıqların aparılmasında Avropa İttifaqının rolundan da danışıb: “Avqustun 31-də liderlər səviyyəsində Şarl Mişelin vasitəçiliyi ilə keçirilən üçtərəfli görüşdən sonra Mişel mətbuata açıqlamasında bildirmişdi ki, yaxın zamanlarda (təxminən 1 ay müddətində) sülh müqaviləsi mətninin hazırlanması üçün işçi qrupunun yaradılması vacibdir. Bu məsələ də noyabrda keçiriləcək növbəti üçtərəfli görüşdə tam müzakirə ediləcək. Bir sözlə, Avropa İttifaqı çalışır ki, bu məsələni həll etsin. Azərbaycan üzərinə götürdüyü beynəlxalq öhdəlikləri tam yerinə yetirib. O cümlədən 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın üzərinə düşən bəndlərini tam yerinə yetirib. Lakin Ermənistan hər zamankı kimi, vaxt uzadır. Laçından onlar üçün yeni yol çəkdik. Ancaq onlar üzərinə götürdüyü Zəngəzur yolunun çəkilişini hələ də başlamayıblar. Hətta dəhlizin açılmayacağına dair boş -boş bəyanatlar verirlər”.

Fərahim RƏHİMOV



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu