Metroda tunelə düşüb qaçan sərnişin saxlanıldı


Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında bir sərnişin (kişi) stansiya yoluna düşərək, tunelə doğru hərəkət edib.


Bu barədə AFN.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, Metropoliten və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının çevik reaksiyası və təlimat tələblərinə uyğun operativliyi sayəsində sərnişin saxlanılıb. Sərnişin qatara mindirilib. Qatarların hərəkətində ciddi yubanma olmayıb və qısa müddətdə aradan qaldırılıb.

Hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu