Metroda ölüm hadisəsi baş verib
Bu gün səhər saatlarında metroda yaşlı sərnişin vəfat edib.
Bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O qeyd edib ki, bu gün səhər 08:10 radələrində yaşlı bir kişi qatarda özünü pis hiss edib:
“Həmin sərnişin "28 May" stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə Təcili Tibbi Yardım dərhal çağırılıb və ölüm faktını təsdiq edib”.