Bayden Ukraynaya 675 milyon dollar dəyərində silah tədarükünü təsdiqləyib
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 675 milyon dollarlıq yeni silah tədarükünü təsdiqləyib.
Bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin Rusiyaya qarşı mübarizədə Ukraynaya uzunmüddətli dəstəyi müzakirə etmək üçün Ramştayn görüşündən əvvəl bildirib.
“Biz bu təmas qrupunu azad dünyanın Ukraynanın ən aktual ehtiyaclarını ödəməyə çalışdığı üçün yaratdıq. Amma bu gün bu təmas qrupu uzun müddət Ukraynanın cəsur müdafiəçilərini dəstəkləməyə razılaşmalıdır”, - o qeyd edib.
Almaniyanın Ramştayn aviabazasında ABŞ Müdafiə Nazirliyinin rəhbəri Lloyd Ostinin rəhbərliyi ilə Ukraynanın müxtəlif müttəfiq ölkələrinin müdafiə nazirlərinin görüşü keçirilir.
Bu, bu formatda sayca beşinci görüşdür - ilk iclas aprelin 26-da keçirilib, orada 43 ölkənin müdafiə nazirləri iştirak edib.