AFFA bu klubları və oyunçuları cəzalandırdı - SİYAHI


AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib.


AFN.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının IV turunun “Neftçi” – “Zirə” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı klub 1600 manat cərimə olunur;

“Neftçi” – “Zirə” oyununda meydançaya kənar şəxslər daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur;

IV turun “Qarabağ” – “Şamaxı” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur;

IV turun “Səbail” – “Kəpəz” oyununda “Kəpəz” klubunun futbolçusu Rauf Əliyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqdan sonra yenidən meydançaya daxil olduğu üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur;

“Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

“Səbail” – “Kəpəz” oyununda stadionun dəhlizində “A” buraxılış vəsiqəsinə malik olmayan şəxslər aşkar olunduğu üçün meydan sahibi klub 800 manat cərimə olunur;

IV turun “Qəbələ” – “Sabah” oyununda “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur;

“Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu