AFFA qalmaqallı futbol matçı ilə bağlı qərarlarını açıqladı


“Sabah” – “Neftçi” oyununda baş verənlərin günahkarları cəzalandırılıb.


AFN.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin bugünkü yığıncağında Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu zamanı yaşananlar müzakirə olunub.

Həmin qərarları təqdim edirik:

“Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Oyunun 75-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Aleksey İsayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);

Görüşün 75-ci dəqiqəsində “Sabah” klubunun qapıçısı Səlahət Ağayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşarkən azarkeşlərə qarşı təhqiredici hərəkət etdiyi üçün 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 4800 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.1, 41);

“Sabah” klubunun futbolçusu Zurab Oçiqava həm Eddi İsrafilova qarşı təcavüzkar davranışa, həm də hakimə qarşı təhqiredici hərəkət etməsinə görə 3 oyun şərti olmaqla 6 oyun cəzalanır, klub 6400 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3, 41.3);

“Sabah” klubunun futbolçusu Amin Seydiyev Eddi İsrafilova qarşı təcavüzkar davranışa görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 37.3);

“Sabah” klubunun baş məşqçisi Murad Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 61.1);

“Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);

Beləliklə, “Sabah” klubu 19 200 manat cərimələnib, 4 oyunçusu və baş məşqçisi cəzalandırılıb. “Neftçi” isə sadəcə 5600 manat cərimə ödəməli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu