İlham Əliyev Cənubi Afrika Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib
Avqustun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Dipuo Berta Letsatsi-Dubanın etimadnaməsini qəbul edib.
AFN xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.