Prezident İlham Əliyev İsveçin yeni səfirinin etimadnaməsini qəbul edib
13:10 / 16.08.2022
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveç Krallığının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tobias Lorentzonun etimadnaməsini qəbul edib.
AFN-in xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.