Prezident yaşayış evləri və digər tikililərlə bağlı SƏRƏNCAM imzaladı
Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədilə yaradılan komissiyanın tərkibində dəyişiklik edilib.
AFN xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” Azərbaycan Prezidentinin sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Dəyişikliklə Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilib:
Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikasının daxili işlər naziri
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Azərbaycan Respublikasının ədliyyə naziri
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri.