Həkim Esmira Qurbanovanın övladının və anasının döyülməsi ilə bağlı DİN-dən açıqlama


Həkim Esmira Qurbanovanın övladının, anasının və anasının rəfiqəsinin naməlum 5 qadın tərəfindən döyülməsi iddiası ilə bağlı bəzi sosial şəbəkə səhifələrində yayılan məlumatlara Daxili İşlər Nazirliyindən reaksiya verilib.


AFN.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, hadisə avqustun 1-də Dənizkənarı Milli Park ərazisində baş verib: "Belə ki, vətəndaş E.Babayevanın anası İ.Babayeva və anasının rəfiqəsi A.Nəsirovanın tanımadıqları 3 qadınla aralarında münaqişə yaşanıb. Bununla bağlı müvafiq polis orqanında araşdırma başlanılıb. Tərəflərin xəsarətlərinin müəyyən edilməsi üçün ekspertiza təyin olunub. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu