53 yaşlı arvadını çəkiclə döydü
Gəncədə ər arvadını döyüb.
"Qafqazinfo"nun məlumatına görə, şəhər sakini 52 yaşlı X.Qəhrəmanov həyat yoldaşı 53 yaşlı Q.A.-ya bıçaq və çəkiclə xəsarətlər yetirib. Hadisə zamanı qadın başından kəsilmiş-deşilmiş yara və digər xəsarətlər alıb.
Q.A. döyülməsi ilə bağlı polisə müraciət edib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Ekspertiza və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.