Hərbçimiz Kəlbəcərdə minaya düşdü
İyulun 26-sı axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsbəndiyarov Vüqar Tofiq oğlu xəsarət alıb.
Bu barədə AFN.az-a Müdafiə Nazirliyindən bildirilib.
O, dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib.