Ukrayna dünya xəritəsindən silinə bilər - Moskvadan nüvə hədəsi


Bütün baş verənlərin nəticəsində Ukrayna dövlət suverenliyinin qalıqlarını itirə və dünya xəritəsindən silinə bilər.



Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, çoxsaylı siyasi fırıldaqçılar yeni hərbi sifarişlərə ümid edir, Ukraynanın keçmiş sərhədləri daxilində dövlətçiliyinin bərpası mövzusu ilə manipulyasiya edir və Kiyev rejiminə ayrılan pul axınını kəsirlər.

O qeyd edib ki, NATO məntiq və sağlam düşüncəyə zidd olaraq Rusiya sərhədlərinə yaxınlaşmaqda davam edir, bununla da dünya münaqişəsi və bəşəriyyətin əhəmiyyətli hissəsinin ölümü ilə bağlı real təhlükə yaradır. Medvedevin sözlərinə görə, 2014-cü il çevrilişindən sonra Ukrayna dövlət müstəqilliyini itirib və birbaşa kollektiv Qərbin nəzarətinə keçib, həmçinin NATO-nun onun təhlükəsizliyini təmin edəcəyinə inanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu