“Neftçi”nin baş məşqçisi bu gün bəlli olacaq
Bu gün “Neftçi”nin Müşahidə Şurasının iclası keçiriləcək.
AFN.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı saat 16:00-da başlayacaq. İclasın gündəliyinə hesabatların dinlənilməsi, A və B komandaların baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi və təsdiqi, növbəti mövsümün büdcəsi və digər məsələlər daxildir.
Qeyd edək ki, hazırda "Neftçi"nin baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biri belaruslu mütəxəssis, BATE və SSKA-nın (Moskva) da çalışdırıcısı olmuş Viktor Qonçarenkodur.
Əlavə edək ki, 2019/20 və 2020/21 mövsümlərində "Neftçi"nin baş məşqçisi olmuş Samir Abasovla müqavilənin müddəti son mövsümün yekununda başa çatıb.