İsveç, Finlandiya və Türkiyənin XİN rəhbərləri Ankarada görüşəcəklər
İsveç, Finlandiya və Türkiyənin xarici işlər nazirləri Ann Linde, Pekka Haavisto və Mövlud Çavuşoğlu Skandinaviya ölkələrinin NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün Ankarada görüşəcəklər.
“Qafqaiznfo” TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyi məlumat yayıb.
İclasda Türkiyə İsveç və Finlandiyanın alyansa üzvlüyü ilə bağlı etirazlarına aydınlıq gətirməyi planlaşdırır.
Linde anlaşılmazlıqların aradan qaldırılacağına və onların “müraciət prosesinə müdaxilə etməyəcəyinə” inandığını deyib.
Qeyd edək ki, hazırda NATO-ya qəbulu Türkiyə tərəfindən dəstəklənməyən Finlandiya və İsveç respublikada terrorçu kimi tanınan qrupların fəaliyyətində əli olmaqda şübhəli bilinən 33 nəfərin ekstradisiyasına dair Ankaranın tələbini təmin etməkdən imtina edib. Türkiyə onlardan PKK və FETÖ terrorçularının ekstradisiyasını istəyib. Lakin Helsinki və Stokholm onları Ankaraya təhvil verməkdən imtina edib.