NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"


NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.


Bu haqda təşkilatın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.

Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu