Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb


Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb.


Hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.

Belə ki, 1995-ci il təvəllüdlü rayonun İsti-su qəsəbə sakini İbrahimzadə Zakir Əbülfəz oğlu sol budun orta üçdəbirinin iç səthinin deşilmiş-əzilmiş yarası diaqnozu ilə aqonal vəziyyətdə (canvermə) Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Cərrahiyə şöbəsinə yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Z.İbrahimzadə Lənkəran şəhərində yerləşən avtomobillərin ehtiyat hissələri satışı mağazasında tikinti-təmir işləri ilə məşğul olub.

İlkin məlumata görə, bir həftə əvvəl Z.İbrahimzadənin mağazada kassir işləyən işçi ilə aralarında mübahisə yaranıb. Bu gün Sütəmurdov kəndi ərazisindəki körpünün altında davam edən mübahisə isə Z.İbrahimzadənin bıçaqlanması ilə nəticələnib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs yaralını xəstəxanaya çatdırdıqdan sonra könüllü olaraq polisə təslim olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu