Təhsil krediti almaq üçün müraciət edən tələbələrin sayı açıqlanıb


2021/2022-ci tədris ili üzrə tələbə təhsil krediti üzrə 5678 nəfər müraciət edib.


Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev 2021-2022-ci tədris ilinin payız semestri üzrə rəsmiləşdirilmiş təhsil kreditlərinə dair hesabat tədbirində deyib.

Onun sözlərinə görə, həmin müraciətlər arasından 3590 müraciət yekunlaşdırılıb: "Yekunlaşdırılmamış 2088 müraciətin 627 nəfərini tələbə olmayan, kredit almaq hüququ olmayan, 1461 nəfərini isə tələbə sisteminə daxil olub, lakin heç bir əməliyyat aparmayan şəxslər təşkil edir. Ümumilikdə sosial TTK üzrə 1116, standart TTK üzrə 1783 müraciət rəsmiləşib. 691 müraciətdən isə imtina olunub".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu