Kiyev müdafiəçiləri hücum edən rusları zərərsizləşdirdi

Ukraynanın paytaxtı Kiyev şəhərini müdafiə edən hərbçilər son vəziyyət haqqında məlumat yayıblar.
Ukraynanın Quru Qoşunlarının yaydığı məlumata görə, hazırda paytaxtda sakitlikdir. Gecə ərzində rus qoşunları aktiv şəkildə şəhərə hücum edib.
"Beresteyskaya" metrostansiyası yaxınlığında 101-ci briqada düşmənin hərbi kolonunu məhv edib. Kolonda iki minik avtomobili, iki yük maşını və tanklar var idi. Sakitlikdir. Hamısını yerə sərdik", - deyə məlumatda bildirilir.