Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər hazırlanıb
“Məişət zorakılığı ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi üçün təkliflər aidiyyatı qurumlara göndərilib”.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bu, təkcə Dövlət Komitəsinin qəbul edə biləcəyi qərar deyil: “Əlaqədar qurumlar bununla bağlı razılaşdırılmış mövqe ifadə etməlidirilər. Yalnız ondan sonra veirlmiş təkliflər Milli Məclisə göndərilə bilər. Hazırda təklifləri göndərmişik və razılaşdırma mərhələsindədir. Təkliflər arasında şiddətin dərəcəsinə görə cinayət məsuliyytinə cəlb olunma tələbi və digər profilaktik tədbirlərlə bağlı təkliflər var. Cinayət qanunvericiliyinə ailədaxili zorakılığın cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı müddəların daxil edilməsi təklifi var.
Düşünürəm ki, insan üçün ən təhlükəsiz sığınacaq onun ailəsidir. Çalışmalıyıq ki, insanlar özlərini rahat, azad, təhlükəsiz hiss etsin”.