AŞPA-nın qış sessiyası başlayıb


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti qış sessiyası Strasburqda işə başlayıb.


Sessiyanın gündəliyində başlıca məsələlər koronavirus pandemiyasına qarşı ictimai səhiyyə vasitəsilə mübarizə tədbirləri, LGBTİ şəxslərinə qarşı nifrət, futbolun idarə olunması, rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi olacaq. Pandemiya ilə bağlı sessiya yanvarın 24-28-də qarışıq formatda keçiriləcək.

Bununla yanaşı, yanvarın 27-də sessiya çərçivəsində Holokost qurbanlarını anma - Beynəlxalq Xatirə Günü ilə bağlı xüsusi tədbir keçiriləcək.

AŞPA-nın sessiyasında Azərbaycan nümayəndə heyəti də iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu