Xələf Xələfov: "Türkiyənin bölgədə mövcudluğu gücümüzə güc qatır"
"Türkiyənin bölgədə mövcudluğu gücümüzə güc qatır".
Bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
Nazir müavini bildirib ki, Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana qardaşlıq dəstəyi göstərib, hər zaman yanımızda olub: "Azərbaycan bunu heç vaxt unutmayacaq. Vətən müharibəsində qazanılan şanlı Zəfər təkcə Azərbaycanın yox, bütün Türk dünyasının qələbəsidir. Müharibədən sonra regionda yeni reallıqlar yaranıb və bölgədə Türkiyənin mövcudluğu gücümüzə güc qatır. Tarixi Şuşa Bəyannaməsinin imzalanması müttəfiqliyimizi daha yüksək səviyyəyə qaldırıb”.