İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilir -
İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilir.
Bununla bağlı Milli Məclisin qərar layihəsi parlamentin dekabrın 30-da keçiriləcək iclasında müzakirə olunacaq.
Dəyişikliklə, aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçiləcəklər:
Namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülmüş şəxslər:
1. Zeynalov Vüqar Eldar oğlu
2. Abdullayeva İlhamə Xanlar qızı
Namizədliyi gənclər təşkilatları tərəfindən irəli sürülmüş şəxslər:
1. Əliyev Azər Ruslan oğlu
2. Axundova Ülviyyə Süleyman qızı
Namizədliyi qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş şəxslər:
1. Yusifova Sevil Şərif qızı
2. Mansurova Zirəngiz Dəmirçi qızı.