İTV-nin Yayım Şurasının üzvlüyünə namizədlər - SİYAHI
Milli Məclis "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” məsələsini müzakirə edəcək.
İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:
Sahibkarlar Şurası tərəfindən:
Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;
Abdullayeva İlhamə Xanlar qızı - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Gənclər təşkilatları tərəfindən:
Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;
Axundova Ülviyyə Süleyman qızı – "Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.
Qadın cəmiyyətləri tərəfindən:
Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;
Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.