ETSN rəsmisi: İki ölkə arasında imzalanan Saziş mədənçilik sahəsində mühüm əhəmiyyət kəsb edəcək


Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.


AFN-in məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Emin Qarabağlı məsələ ilə bağlı danışarkən bildirib ki, bu Saziş hər iki ölkənin dağ-mədən sənayesinin inkişafında əməkdaşlığın daha da gücləndirilməsinə və tərəflər arasında təcrübə mübadiləsinin aparılmasına şərait yaradacaq.

Nazirlik rəsmisi qardaş ölkə ilə imzalanan Memorandumun bütün istiqamətlərdə olduğu kimi mədənçilik sahəsində də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu