Təbiətə 40 mindən çox ziyan vurdu


Buzovna qəsəbəsinin çimərlik ərazisindən qum daşınması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.


Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazinin Buzovna bələdiyyəsi tərəfindən vətəndaş Gündüz İsmayılovun istifadəsinə verildiyi və “Kamaz” markalı 21-BD-701, 90-DV-484 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən 1012,5 m3 həcmində qanunsuz qum daşındığı və təbiətə 42 525 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu