Ağacları kəsən şəxs cəzalandırılıb


Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.


Xidmət rəsmisi Bəhruz Məhəmmədov AFN-ə bildirib ki, araşdırma zamanı ağacların Qusar rayon sakini Zeynal Mastanov tərəfindən kəsildiyi və təbiətə 7430 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu