Heydər Əliyev prospektində avtomobil piyadanı vuraraq öldürüb
Bakıda yol-nəqliyyat hadisəsi olub.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 11-də saat 17 radələrində paytaxtın Nizami rayonunun H.Əliyev prospektində Bakı şəhər sakini R.Qasımlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Qax rayon sakini Elnur Hacıxanovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.