Şəhid hərbi qulluqçumuz dəfn edilib


Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan hərbi qulluqçumuz əsgər Asif Əliyev dəfn edilib.


"Report"un məlumatına görə, 2002-ci il təvəllüdlü əsgər Əliyev Asif Adil oğlu Zarat kəndində torpağa tapşırılıb.

A.Əliyev Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu