Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq.
Şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vtən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.(Report)
Allah rəhmət etsin!