Avropa Liqası: "Qalatasaray" növbəti mərhələyə yüksəlib
UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
"Report"un məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.
E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.
Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda Avropa Liqasında mərhələ adlayıb.
25 noyabr
Avropa Liqası, V tur
E qrupu
21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3
21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2
Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.
F qrupu
21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0
21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya) - 3:2
Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.
G qrupu
21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0
21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2
Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0
H qrupu
21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2
21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1
Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.