Kreml Ukraynaya xəbərdarlıq etdi


“Ukrayna Qara dənizdəki NATO təlimləri maskası altında öz problemlərinə hərbi çözüm axtarır. Ancaq bu, bütün Avropa üçün fəlakətə səbəb ola bilər”.


Bunu Kremlin sözçüsü Dmitri Peskov “Rossiya 1” televiziyasına açıqlamasında deyib.

“Böyük ehtimalla, Ukrayna öz problemini hərbi yollarla həll etməyə çalışır. Özü və Avropadakı hər kəs üçün bir fəlakət yaratmağa çalışır. Ukrayna bunun üçün çabalayır.

Bunu NATO-nun Qara dənizdə təlim keçən gəmilərinin, bölgədə get-gedə sayı artan ABŞ, İngiltərə əsgərlərinin maskası altında həyata keçirmək istəyir. Əlbəttə, bu, ürəkbulandıran mənzərədir. Son dərəcə ciddi nəticələri olacaq”, - Peskov vurğulayıb.

Peskov NATO-nun Moskva ilə Qərb arasındakı əlaqələrdəki gərginlikdən çıxış yolu tapmaq üçün Rusiya sərhədlərinin yaxınlığındakı təhrikedici fəaliyyətlərə son qoyması və hərbi infrastrukturunu Rusiyaya doğru genişləndirməyi dayandırmasının zəruriliyinə diqqət çəkib:

“Bu vəziyyətdən çıxış yolu var. NATO sərhədlərimizin yaxınlığındakı təhrikedici fəaliyyətə son qoymalıdır. NATO-nun siyasi və hərbi infrastrukturunu sərhədlərimizə doğru irəlilətməyi dayandırmalıdır. NATO və müttəfiqləri sərhədlərimizdə hərbi ünsürlərini toplamağı dayandırmalıdır”.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu