Türkiyə səfiri Azərbaycana başsağlığı verdi


Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı yeddi hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.


AFN-in xəbərinə görə, başsağlığında deyilir:

“Yeddi qardaşımız vətən uğrunda şəhid oldu. Ailələrinə, döyüş yoldaşlarına, qardaş Azərbaycana başsağlığı və səbir diləyirəm. Başımız sağ olsun”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu