Rusiya Aİ ilə sərhəddəki vəziyyəti müzakirə etdi
Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında telefon danışığı olub.
“Qafqazinfo” Rusiya XİN-ə istinadən xəbər verir ki, söhbət zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, Rudenko və Klaar sərhəddə silahlı qarşıdurma ilə bağlı narahatlıqlarını ifadə ediblər. Həmçinin söhbət zamanı bütün problemlərin müstəsna olaraq siyasi və diplomatik yollarla həll edilməsinin vacibliyi vurğulanıb.