Lavrovla Çavuşoğlu Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi


Rusiya və Türkiyənin Xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlunun telefon danışığı olub.



“Qafqazinfo” xəbər verir ki, XİN rəhbərləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər. Bölgədəki vəziyyətdən ciddi narahatlıqlarını ifadə edən nazirlər digər bölgələrdən olan qanunsuz silahlı birləşmələrin münaqişəyə cəlb edilməsinin yolverilməz olduğunu qeyd ediblər.

Telefon danışığı zamanı Bakı və İrəvana siyasi və diplomatik yardım göstərilməsi baxımından son dərəcə balanslı addımların atılmasının vacibliyi vurğulanıb. Lavrovla Çavuşoğlu vəziyyəti sabitləşdirmək üçün Rusiya və Türkiyənin sıx əlaqədə addımlar atmağa hazır olduğunu bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu