ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedib


ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger Ermənistana səfər edib.


Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi öz feysbuk hesabında yayıb.

“ABŞ-ın səfirləri - Treysi, Dengan, Litzenberger, Dövlət Katibinin müavini Olson, Qafqazda Danışıqlar üzrə Müşavir Andryu Şofer və USAID təşkilatının administratorunun köməkçisinin müavini Aleksandr Sokolovski ABŞ-ın Yerevandakı səfirliyinin ev sahibliyi etdiyi Regional Missiyalarının Rəhbərlərinin görüşündə iştirak ediblər”, - deyə məlumatda qeyd olunub.

Məlumata əsasən, pandemiyadan əvvəl ABŞ-ın Bakıdakı və Tiflisdəki səfirlikləri müvafiq olaraq 2018-ci və 2019-cu illərdə bu görüşlərə ev sahibliyi edib.

“Biz Ermənistan, Azərbaycan və Gürcüstanla yaratdığımız diplomatik münasibətlərin 30-cu ildönümünə yaxın olan zamanda regionun daha təhlükəsiz, sabit və firavan gələcəyinin qurulması naminə tərəfdaşlığımıza sadiq olduğumuzu yenidən vurğulayırıq”, - deyə əlavə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu