ANAMA sədri ABŞ diplomatı ilə ərazilərin minalardan təmizlənməsi məsələsini müzakirə edib
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanovla ABŞ Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olson arasında görüş olub.
Amerikalı diplomata Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən minatəmizləmə əməliyyatları, planlaşdırılan layihələr barədə məlumat verilib.
Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer də iştirak edib.