ABŞ səfiri Xocalı soyqırımı ilə bağlı başsağlığı verdi
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Bu barədə ABŞ-nin Bakıdakı Səfirliyinin “X” hesabında paylaşım edilib.
“Bu gün biz Azərbaycan xalqının kədərini paylaşaraq, 1992-ci ildə Xocalıda qətlə yetirilən yüzlərlə insanın xatirəsini yad edirik. Mən ABŞ-nin adından Xocalıda həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm və Xocalıdan olan məcburi köçkünlərin kədərini bölüşürəm. Regionda sülh naminə çalışmaq və bu kimi faciələrin bir daha təkrarlanmamasını təmin etmək bizim borcumuzdur”, - deyə səfir qeyd edib.