Dünya çempionu bəraət alaraq azadlığa çıxdı


Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Zaur Yusifova bəraət verilib, Həsən Tağıyev isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Z.Yusifovun vəkili Ceyhun Yusifov məlumatı təsdiqləyib. Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.

Qeyd edək ki, ötən il mayın 9-da Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev 1988-ci il təvəllüdlü Emin Səfərovu avtomobilində çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. İstintaq zamanı 1984-cü il təvəllüdlü Zaur Yusifov da tutulub. Kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlini sifariş etməkdə ittiham edilib.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu