Tanınmış idmançının qətli ilə bağlı məhkəmə başlayıb


Tanınmış idmançı Zaur Yusifovu güllələyərək öldürməkdə təqsirləndirilən 2000-ci il təvəllüdlü Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


AFN.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Samir Şirəliyevin vəkili məhkəmə prosesinin qapalı keçirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini Samir Şirəliyevin təhlükəsizliyinin təmin olunması ilə əlaqələndirib.

Vəsatət təmin edilməyib.

Məhkəmə baxışı iyulun 28-ə təyin edilib.

Qeyd edək ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib. Tanınmış idmançı, dünya çempionu Zaur Yusifov evinin yaxınlığında marketdə “Vinçester” markalı silahla güllələnərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Ötən ilin oktyabrında hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovu qətlinin qisas məqsədilə törədildiyi istisna edilmir. Onu qətlə yetirən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu