Yaranmış problemlə bağlı sosial platformalar açıqlama yaydı
Xəbər verdiyimiz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb.
“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir:
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.