Nazirlikdən “WhatsApp” və “Instagram”la bağlı açıqlama
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün "WhatsApp", "Instagram" kimi beynəlxalq platformalara daxilolmada yaranan problemlə bağlı məlumat yayıb.
Nazirlikdən AFN-ə daxil olan məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyıb.
"Dünyanın bir çox ölkələrindən olan istifadəçilər bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Artıq problem aradan qalxıb", - deyə nazirlikdən bildirib.