FİFA milliyə buraxılmayan futbolçulara qadağa qoyub


FİFA bəzi İngiltərə klublarının braziliyalı futbolçuları meydana buraxmasına qadağa qoyub.


Bu qadağa 5 gün müddətinə şamil olunacaq. Belə cəza Braziliya Futbol Konfederasiyasının xahişi ilə gerçəkləşib. Buna səbəb Premyer Liqa klublarının oyunçularını yığmaya buraxmaqdan imtinası səbəb olub.

Cəza “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Lids”lə bağlıdır. Bu klublar 8 oyunçunun xidmətindən yararlana bilməyəcək. Bu baş versə, klublara daha ağır sanksiyalar tətbiq ediləcək.

Söhbət milliyə buraxılmayan oyunçulardan gedir. Bunlar Qabriel Jezuş, Ederson (“Mançester Siti”), Fabinyo, Alisson, Roberto Firmino (“Liverpul”), Rafinya Dias (“Lids”), Tyaqo Silva (“Çelsi”) və Freddir (“Mançester Yunayted”).

Konfederasiya “Everton”la bağlı şikayət etməyib. Buna Rişarilsonu seçmə oyunlarına göndərməyən klubun onu Olimpiya Oyunlarına buraxmasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu